Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-18,
Seanews
Heyder Eliyev

ADDA-nın professoru sertifikata layiq görülüb

Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələri daim genişlənir. İstər xarici, istərsə də ölkəmizin universitetləri ilə əməkdaşlıq, tələbə mübadiləsi və dənizçilik sahəsində aparılan elmi araşdırmalarda bu təhsil müəssisələrinin professor-müəllim heyəti ilə birgə iş və s. kimi beynəlxalq layihələr həyata keçirilir.

ADDA bir neçə ildir ki, nüfuzlu Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasının (İAMU) üzvüdür. İAMU-ya üzv olan universitetlərin alimləri mütəmadi olaraq öz elmi işlərini qiymətləndirilmək üçün Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasına təqdim edirlər.

2021-ci ildə ADDA-nın “Tətbiqi mexanika” kafedrasının müdiri, t.e.d., professor Vaqif Həsənovdan FY2022 araşdırma layihələrinin qiymətləndirici referisi olmaq xahiş edilib. Prof. V.H.Həsənov da öz növbəsində təqdim olunan layihələri ətraflı araşdırdıqdan sonra hər birinə öz rəyini verərək Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasına göndərib.

İAMU rəhbərliyi cavab məktubunda ADDA-nın professoruna bu elmi araşdırmaların qiymətləndirilməsində fəal iştirakına görə təşəkkürünü bildirib və professor Vaqif Həsənovun fəaliyyəti “Təşəkkür sertifikatı” ilə dəyərləndirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır