Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA-nın müəllimi sertifikatlara layiq görülüb

Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimləri pandemiya dövrü olmasına baxmayaraq elmi fəallıqlarını təxirə salmır, müxtəlif beynəlxalq tədbirlərdə, konfranslarda iştiraklarını davam etdirirlər.

“Gəmi elektroavtomatikası” kafedrasının baş müəllimi Aynurə Allahverdiyeva oktyabrda Təhsildə Yeni Çağırışlar II Beynəlxalq forumuna qatılıb. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edib.

Bununla yanaşı, A. Allahverdiyeva Danimarkanın Kopenhagen şəhərində keçirilən “Davamlı inkişafın qlobal və regional aspektləri” mövzusunda V Beynəlxalq elmi-praktik konfransda elmi məqaləsi ilə iştirak edib. Bu günlərdə ADDA-nın müəllimi hər iki beynəlxalq tədbirin sertifikatını alıb.

Qeyd edək ki, Aynurə Allahverdiyeva Akademiyanın doktoranturasını bitirib və dissertasiya işini yekunlaşdırıb. O, hazırda Fəlsəfə doktoru dissertasiyasının müdafiəsinə hazırlaşır. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır