Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Yaz imtahan sessiyasının nəticələrinə əsasən təqaüd alacaq ADDA tələbələrinin adları məlum olub - SİYAHI

2020/2021-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələrinə əsasən təqaüd alacaq ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının bakalavr və magistratura pillələrində təhsil alan tələbələrinin adları məlum olub.

Bakalavriat pilləsində təhsil alan tələbələrdən 47-si “əlaçı”, 295-i “həvəsləndirici”, 151-i “adi” təqaüdə layiq görülüb.  Magistrlardan 1-i “əlaçı”, 9-u “həvəsləndirici”, 7-si isə “adi” təqaüd alacaq.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ADDA-nın 1 tələbəsi “əlaçı”, 2 tələbəsi “həvəsləndirici”, 3 tələbəsi isə “adi” təqaüdün 2 mislini alacaq. Bu məbləğ tələbələrin qazandıqları təqaüdə əlavə olaraq veriləcək.

Xatırladaq ki, tələbə təqaüdləri “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə15 may 2018-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması Qaydası"na müvafiq olaraq verilir.

Təqaüd alacaq tələbələrin SİYAHISI


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır