Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA müəlliminin monoqrafiyası Almaniyada çap olunub

Azərbaycan Dövlət Dəniz Akademiyasının "Tətbiqi mexanika" kafedrasının baş müəllimi, dissertant Gülşən Axundovanın həmmüəllifi olduğu 2 hissəli “Mathematical methods” adlı monoqrafiya Almaniyada nüfuzlu LAMBERT nəşriyyatında çap edilib.

Monoqrafiyada yer alan mövzular əsasən tətbiqi riyaziyyat və mexanika təhsili alan tələbələr üçün nəzərdə tutulub. Monoqrafiya riyazi hesablama üsullarına və bu üsulların tətbiqi ilə bir çox həll nümunələrinə həsr olunub.

Bu, xarici ölkələrdə təhsil alan tələbələrə "Calculus" fənninin  və Azərbaycanda "Ali riyaziyyat" fənninin sərbəst tədrisi üçün önəmli vəsaitdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır