Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşı Dünya Dənizçilik Universitetinə qəbul olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Gəmi tikinti bölməsinin mühəndis köməkçisi Əli Əliyev Avropada dənizçilik sahəsində magistr təhsili almaq imkanı qazanıb.

O, İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetində (World Maritime University) “Dənizçilikdə təhlükəsizlik və ətraf mühitin idarəolunması” ixtisasına yiyələnəcək.
Əli Əliyev artıq qəbulla bağlı bütün mərhələlərdən keçib. Bundan başqa, o, Beynəlxalq Dəniz Təşkilatından təqaüd də qazanıb.

Əli Əliyevə təhsilini bitirdikdən sonra da ASCO-da çalışmaq imkanı yaradılacaq. Bu məqsədlə ona “Zəmanət Məktubu” verilib.

Məlumat üçün bildirək ki, Dünya Dənizçilik Universitetini 1983-cü ildə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış orqanı kimi Beynəlxalq Dəniz Təşkilatı təsis edib. Burada magistratura və doktorantura pilləsi üzrə hər il dünyanın müxtəlif ölkələrini təmsil edən dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssislər təhsil alırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır