Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA-nın prorektoru diploma layiq görülüb

Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor Zahid Şərifov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Akademiki seçilib.

Türkiyədən Zahid Şərifova fəxri adın təsdiqini bildirən diplom göndərilib.

Zahid Şərifov Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri”  kafedrasında 1997-2003-cü illərdə dosent və 2003-cü ildən 2010-cu ilədək həmin kafedranın müdiri və professoru vəzifəsində  işləyib. 2010-cu ildən 2014-cü ilədək “Dəniz texnikası və texnologiyası” fakültəsinin dekanı, 2014-cü ildən 2017-ci ilin iyun ayınadək Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrini icra edib. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektorudur.

Zahid Şərifov 1992-ci ildə namizədlik dissertasiyasını, 2004-cü ildə isə materialşünaslıq sahəsində doktorluq dissertasiyasını müdafiə edib. 2010-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən “Professor” elmi adına layiq görülüb.

Qeyd edək ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türk icmalarının yaşadığı ölkələrdə türk dilini, türk mədəniyyətini, türk tarixini, türk  ədəbiyyatını  öyrənmək, araşdırmaq və yaymaq məqsədi ilə yaradılmış və davamlı olaraq inkişaf etmiş beynəlxalq elmi təşkilatdır.

Akademiya yarandığı ilk gündən indiyədək dünyanın 30-dan artıq ölkəsinin nüfuzlu universitetləri, araşdırma institutları, akademiyaları, elmi mərkəzləri, fondları və digər qurumları ilə qarşılıqlı əlaqələr yaradıb.

Akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırgızıstan, Bolqarıstan, Moldova, Kosova, Makedoniya, Yunanıstan, Çin kimi ölkələrdə rəsmi təmsilçilikləri fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır