Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA məzunu: "Peşəkar gəmi kapitanı olmaq ən böyük arzumdur"

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Xəzər Dəniz Neft Donanmasının "Kapitan Ağasıyev" gəmisinin "elektrik mexaniki" Sadiq Zeynalovdur. 

Sadiq Zeynalov 1994-cü il 2 iyunda Bakıda anadan olub.

2011-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Elektrik mühəndisliyi ixtisasına qəbul olub. 2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub.

2017-ci ildə ASCO-nun Xəzər Dəniz Neft Donanmasına məxsus “Mühəndis Balarza Məmmədov” gəmisində işə qəbul edilib. O, gəmidə bir il ərzində “elektrik” vəzifəsində çalışıb.

2018-ci ildə “elektrik mexaniki” vəzifəsinə yüksəlib. İndiyədək ASCO-nun bir neçə gəmisində çalışan Sadiq hazırda “Kapitan Ağasiyev” gəmisinin heyəti sırasında işini davam etdirir.

2019-cu ildən ikinci ali təhsil alır. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz Naviqasiyası mühədisliyi” ixtisasında (qiyabi) oxuyur.

Sadiq Zeynalov: "Həyat prinsipim çox sadədir: arzula və çalış. Peşəkar gəmi kapitan olmaq ən böyük istəyimdir. Bunun üçün əlimdən gələni edirəm. İnanıram ki, hədəfimə nail olacam".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır