Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA tələbələri Bakı Gəmiqayırma Zavodunda təcrübəyə başlayıblar

ADDA-nın “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının 50 nəfər 4-cü kurs tələbəsi 10 həftə müddətində Baki Gəmiqayırma Zavodunda diplomqabağı istehsalat təcrübəsində olacaqlar.

Təcrübənin ilk günü tələbələr giriş, növbəti üç gün ərzində isə texniki təhlükəsizlik qaydaları barəsində təlimatlandırılırlar. Təlimatlar başa çatdıqdan sonra tələbələr zavodun müxtəlif sexlərində (qaynaq, elektrik, mexanik, gövdə, boru v.s.) istehsalat proseslərini müşahidə etməklə yanaşı, təcrübə rəhbərlərinin nəzarəti altında onlara verilən tapşırıqları müstəqil şəkildə yerinə yetirəcəklər.

Xatırladaq ki, digər 3 ixtisasın - “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” - son kurs tələbələri artıq yanvarın 19-dan diplomqabağı təcrübəyə başlayıblar. 229 təcrübəçidən 196 nəfəri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO-nun) Xəzər Dəniz Neft Donanmasının və Dəniz Nəqliyyat Donanmasının müxtəlif təyinatlı gəmilərində, digərləri isə özəl gəmiçilik şirkətlərində təcrübə keçirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır