ADDA-da Ümummilli Liderə həsr olunmuş beynəlxalq elmi-texniki konfrans keçiriləcək
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 9-10 aprel 2020-ci il tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Dəniz Nəqliyyatının İnkişaf Perspektivləri” mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı keçiriləcək.
Konfransın bölmələri:
Gəmiqayırma və gəmi təmiri
Dəniz naviqasiyası
Gəmi energetik qurğuları
Gəmilərin elektrik avadanlıqları və avtomatikası
Mexanika və tətbiqi mexanika
Riyaziyyat və informatika
Su nəqliyyatının humanitar və dilçilik məsələləri
İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevralın 17-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) martın 18-dək ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.
Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.
Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif ediləcəklər.
Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar.