Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Təlim Tədris Mərkəzində “SAIPEM”-in gəmilərində işləyən mühəndislər üçün seminar keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzində “SAIPEM”-in gəmilərində işləyən İtaliya və Xorvatiyadan olan sayt mühəndisləri üçün seminar keçirilib.

Seminar Beynəlxalq Dəniz Təşkilatının (İMO) Çərçivə Tənzimləyicisi vasitəsilə Dəniz Neft Sənayesi Təlimi Təşkilatına (OPITO) keyfiyyət standartlarının əlavə dəyəri" mövzusuna həsr olunub.

İki gün davam edən seminarı kapitan Titos Giannakakis aparıb.

“OPİTO”-nun BOSIET (dənizdə əsas təhlükəsizlik təlimatı və fövqəladə təlim proqramı)  proqramını başa vurmuş beynəlxalq mütəxəssislər üçün hazırlanmış kurs zamanı iştirakçılara IMO-nun Təhlükəsizlik qaydaları haqqında geniş məlumat verilib. Bundan başqa, IMO-nun dəniz sənayesində təlim keyfiyyətinin yüksəldilməsinə necə dəyər qatdığı izah edilib.

Seminar interaktiv formada keçirilib, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır