Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

ADDA-da ingilis dilində semestr imtahanı - FOTOLAR

2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında ingilis dilli qrupların 1-ci kurs tələbələri də öz biliklərini sınayırlar.

İngilis dili qruplarında təhsil alan tələbələrə həftədə 30 saat olmaqla 15 həftə ərzində “Ümumi ingilis dili” fənni üzrə dərslər keçirilib. Bu fənn üzrə imtahan dilin bütün dörd aspekti üzrə aparılır. Bura dinləyib-anlama, danışıq, oxu və yazı daxildir.

“Dinəyib-anlama” imtahanında tələbələr səsləndirilən mətn üzrə təklif olunan seçimlərdən ən düzgününü qeyd etməklə anlama qabiliyyətlərini nümayiş etdirirlər. Mətn tələbələr üçün yalnız iki dəfə səsləndirilir.

Növbəti “Danışıq” imtahanı zamanı hər bir tələbənin fərdi danışıq bacarıqları qiymətləndirilir. Tələbə 5-10 dəqiqə ərzində çəkdiyi biletə əsasən mövzulardan birini hazırlıqsız səsləndirməklə ingilis dilində danışıq bacarığını nümayiş etdirir. Hər bir tələbənin şifahi danışığı  diktofona yazılır və imtahan materialı kimi semestr ərzində kafedrada saxlanılır. Bu materiallar apellyasiya subyekti ola bilər.

İmtahanın “Oxu”mərhələsində tələbələrin ümumi və dənizçilik terminləri bilikləri yoxlanılır. “Yazı” mərhələsində isə onlar esse yazmaq qabiliyyəti ilə yanaşı, qrammatik bilikləri ilə də sınağa çəkilirlər.

Diplomu 170-dən çox ölkədə tanınan Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunları Azərbaycanla yanaşı ölkə hüdudlarından kənarda da iş karyeralarını qururlar. Təbii ki, xarici gəmiçilk şirkətlərində işləmək üçün ADDA məzunları Akademiyada aldıqları biliklərdən əlavə fərdi şəkildə xarici dil kurslarını da keçməli olurdular. Məzunlarına dünyanın bir çox yerində tələbat olduğundan ADDA 2018/2019-cu tədris ilindən ingilis dilində də təhsilə start verib. Xarici dildə tədris əvvəlcə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə aparılırdısa, 2019/2020-ci tədris ilində artıq ADDA-nın “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi” ixitisası üzrə də ingilis dilində təhsil almaq mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır