Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşı Çində kibertəhlükəsizlik mövzusuna həsr olunmuş seminarda iştirak edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnformasiya texnologiyaları departamentinin əməkdaşı Vüqar Mahmudov Çin Xalq Respublikasında seminarda iştirak edib.

Çin və Şanxay əməkdaşlıq təşkilatına üzv dövlətlərin kibertəhlükəsizliyi mövzusunda keçirilən seminar iki hissədən ibarət olub. Birinci hissə Beijing, ikinci hissə Şanxay şəhərlərində baş tutub. Seminarda nüfuzlu universitetlərin professorları və Tencent şirkətinin nümayəndələri mühazirələr deyib. Mühazirələrdə müasir dövrdə texnologiyanın inkişafı ilə əlaqədar kibertəhlükələrin sayının çoxalması, kibertəhlükələrə qarşı müdafiə üsulları, son istifadəçilərin maarifləndirilməsi və s haqqında mövzulardan danışılıb. Azərbaycan, Özbəkistan və Qazaxıstan nümayəndələri çıxışlar edib.

Vüqar Mahmudov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixi, fəaliyyət istiqamətləri və  şirkətin kadr siyasəti barədə ətraflı məlumat verib.  Bununla belə, o, İnformasiya texnologiyaları departamentinin işi, yeni texnologiyaların gəmiçilikdə tətbiqi, kibertəhlükəsizliyə qarşı görülən işlər və gələcəkdə nəzərdə tutulmuş işlər barəsində də danışıb.

Seminarın sonunda bütün iştirakçılara sertifikat təqdim edilib.

Qeyd edək ki, inkişafda olan ölkələr üçün bulud hesablama və böyük məlumat şəbəkəsinin qurulması və inkişafı seminarı Çin Xalq Respublikasının Ticarət Nazirliyinin maliyyə dəstəyi və Çinin İctimai Təhlükəsizlik Üniversiteti tərəfindən təşkil olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır