Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ASCO-nun İnformasiya texnologiyaları departamentinin əməkdaşı Çində keçirlən seminarda iştirak edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnformasiya texnologiyaları departamentinin sistem arxitektoru Emil Babayev Çin Xalq Respublikasında seminarda iştirak edib.

İnkişaf etməkdə olan ölkələr (İEOÖ) üçün nəzərdə tutulmuş seminar Çinin Uhan şəhərində keçirilib və “Bulud hesablama texnologiyası və məlumat şəbəkəsinin qurulması” mövzusuna həsr olunub.

Seminar çərçivəsində müasir optik şəbəkələrin qurulması, 4G və 5G texnologiyaları, “Smart City” haqqında məlumat verilib. Bu sahədə fəaliyyət gostərən şirkətlərə və Elmi tədqiqat institutlarına ziyarətlər təşkil olunub.

Seminarın yekununda iştirakçı ölkələrin nümayəndələrinə sertifikatlar verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır