• Bakı, 2020-08-03,
Seanews
Heyder Eliyev

ADDA tələbələri üçün təhlükəsizliklə bağlı seminar keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında  IMO-nun dəniz təhlükəsizliyi qaydaları və bu qaydaların tətbiqinə dair yeni təlim metodlarına həsr olunmuş seminar keçirilib.

İngilis dili bölməsinin tələbələrinin qatıldığı seminarı kapitan Titos Giannakakis və Amerika Gəmiçilik Bürosunun (ABS) Hyustondakı ofisinin Qlobal ABS Akademiyalarının rəhbəri Mark McGrath aparıb.

Seminarda dünyada mövcud dənizçilik akademiyalarının IMO-nun təhlükəsizlik tələblərini öyrətmə metodları izah olunub.

Təlimçilər qeyd ediblər ki, dəniz şirkətlərində təhlükəsizlik göstəricilərinin yaxşılaşdırılması  müştəri məmnuniyyətinin artırılmasına və resursların səmərəli idarəedilməsinə birbaşa təsir göstərən amillərdəndir.

Seminar interaktiv formada keçirilib, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır