Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Dövlət Dəniz Agentliyinin əməkdaşı ADDA-da seminar keçirib

Azərbaycan Dövlət Dəniz Akademiyasında Tədris-Metodiki Şuranın iş planına uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmi heyəti şöbəsinin müdir müavini, Diplom, imtahan və sertifikatlaşdırma sektorunun müdiri Vüsal Mustafayevin təqdimatında seminar keçirilib.

Akademiyanın professor-müəllim heyətinin iştirak etdiyi seminar “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbəçəkməyə dair 1978-ci il Beynəlxalq Konvensiyasının bu günün tələblərinə uyğun tam və effektiv tətbiq olunması" mövzusuna həsr edilib.

V. Mustafayev bu Beynəlxalq Konvensiyanın əlavələri, Konvensiya üzrə ümumi öhdəliklər, qaydalar, hazırlıq və qiymətləndirmə, təlimatçıların, metodistlərin və imtahan edənlərin peşəkarlığı, tədris müəssisəsində hazırlıq və qiymətləndirmə haqqında seminar iştirakçılarına geniş məlumat verib, onların suallarına aydınlıq gətirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır