Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

ADDA məzunu: “Bugün kağız uzərində çəkilən cizgilər sabah və illər boyu dövlətimizə xidmət edən gəmilərimiz olacaq”

www.seanews.az və ADDA-nın birgə layihəsi olan “ ADDA Məzunu”nda bu dəfə sizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  “Xəzərdənizlayihə ETİ”-nun  mühəndis-konstruktoru Hacıyev Ramidlə tanış edirik.


Hacıyev Ramid  2010-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub. Gəmiqayırma və Gəmi təmiri ixtsası üzrə təhsil alib.

2014-cü ildə ADDA-nın bakalavr təhsilini uğurla başa vurub.

2016-cı ildə ilk karyera addımlarını ASCO-nun  Elmi Tədqiqat İnstitutunda mühəndis-konstruktorun assistenti kimi atmağa başlayıb. Müəyyən vaxt təcrübə qazandıqdan sonra, 2017-ci ildə 9-cu dərəcəli mühəndis vəzifəsində işini davam etdirib.

Hal-hazırda gövdə konstruksiya şöbəsinin 10-cu dərəcəli Mühəndis-konstruktor vəzifəsində çalışır.

Xidmət göstərdiyi bu müddət ərzində Xəzər Dəniz Neft Donanması üçün :

300kVt gücə malik olan təchizat katerinin, dənizin dərinliyi 60 metrə qədər olan sahələrdə işləmək üçün dalğıc katerinin və sahilyanı dəniz neft obyektlərinə işçiləri daşımaq üçün nəzərdə tutulan  70 nəfərlik sərnişin katerinin layihələndirmə işlərində  iştirak edib.

Ramid Hacıyev:  “Hər zaman gördüyüm işə diqqət və məsuliyyətlə yanaşıram. Bu gün kağızın üzərində çəkilən cizgilər–sabah və illər boyu dənizdə üzən və dövlətimizə xidmət edən gəmilərimiz olacaq.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır