Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  15 avqust 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində Birinci Xəzər İqtisadi Forumunda müzakirə olunan məsələlərdən, “Beynəlxalq Ordu Oyunları–2019” çərçivəsində Bakıda keçirilən “Dəniz kuboku-2019” beynəlxalq yarışlarında qazandığımız uğurlardan, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də “Təhlükəsizlik Günü”ndə diqqət yetirilən məsələlərdən, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinə ASCO-nun Xəzərdən kənarda üzən gəmilərində təcrübə toplamaq imkanı yaradılmasından, “Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunması” mövzusunda gerçəkləşdirilən təlimlərdən, gəmilərin idarə edilməsi sahəsində “CMS”-in təqdim etdiyi peşəkar xidmətdən, bu ilin ilk yarısında “BP Azerbaijan” şirkətinin 10 yerli işçisinin BP-nin Böyük Britaniya, İraq və Rusiya ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunmasından, cari il sentyabrın 1-dən Yeni Vahid Tarif Cədvəlinin tətbiqinə başlanacağından, BMT-nin Avropa İttifaqına Aralıq dənizində batan qaçqınları xilas etmək barədə müraciətindən, Hörmüz boğazından keçən Yaponiya gəmilərinin sığortasının 10 dəfə artırılmasından, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yeni növ tranzit yükün nəqlinə başlamasından, “Mərdəkan” təchizat-yedək gəmisinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirindən, Xəzər suitisinin qorunmasının elmi əsaslarının hazırlanmasından, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN tanış ola bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır