Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA-nın tələbələri gəmidə davranış qaydaları barədə təlimatlandırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında Azərbyacan Dövlət Dəniz Akademiyasının  “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə birinci kursda təhsil alan tələbələrinə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mübarizə üzrə giriş təlimatı keçirilib. Təlimat Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis A.Vəliyev tərəfindən aparılıb. O, tələbələri ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında təlimatlandırıb. Daha sonra gəmidə davranış qaydaları barədə dənizçi tələbələrə ətraflı məlumat verib.  Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır