Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

lim Tədris Mərkəzində BP və Saipem əməkdaşları üçün seminar keçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində BP və Saipem şirkətinin müxtəlif ölkələrdən olan nümayəndələrinin iştirakı ilə təhlükəsizliklə bağlı seminar keçirilib. Seminarı ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakis aparıb. Təlim zamanı onlara Beynəlxalq Dəniz Təşkilatının (İMO) Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmələri Haqqında Beynəlxalq Konvensiyasında (STCW) nəzərdə tutulan zəruri məsələlər barədə danışılıb.  Dənizdə insan həyatının mühafizəsinə dair” (SOLAS) Konvensiyası, “Xilasedici vasitələr haqqında” Beynəlxalq Məcəllə (LSA), “Yanğından mühafizə vasitələri haqqında” Beynəlxalq Məcəllə (FFE) haqqında geniş söz açılıb.  Bundan başqa, iştirakçılara ilk tibbi yardım barədə də geniş məlumat verilib. Seminar  interaktiv formada keçirilib. İştirakçıların fikirləri dinlənilib və sualları cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır