Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

niz Nəqliyyatı Donanmasında mülki müdafiə məşqi keçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasında rəhbər heyətin iştirakı ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvəllərinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilib. Məşqin əsas məqsədi mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə normativlərinin yoxlanılması, qəza və dağıntıların aradan qaldırılmasında təşkilatçılığın və operativliyin artırılması, fövqəladə hallar komissiyasının və idarəetmə orqanlarının fövqəladə hadisələrin nəticələrindən işçilərin mühafizəsi üzrə vərdişlərinin və fəaliyyətlərinin təkmilləşdirilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması işlərinin təşkili və həyata keçirilməsi üzrə rəhbər heyətə, fövqəladə hallar komissiyasına, idarəetmə orqanlarına təcrübənin verilməsidir. Rəhbər heyətin mülki müdafiə məşqinə DND-nin rəhbər heyəti ilə yanaşı, fövqəladə hallar komissiyası, mülki müdafiə qərargahı, mülki müdafiə qüvvələrinin komandir – rəis heyəti və mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib. Rəhbər heyətin mülki müdafiə məşqinə Xətai rayonu FH və MM şöbəsinin rəisi və zabit heyəti qatılıb. MM qüvvələrinin komandir-rəis heyəti daxil olan şərti siqnallara əsasən, fəaliyyət üzrə düzgün qərarlar qəbul edərək qısa müddətdə öz vəzifələrini təlimata uyğun olaraq  yerinə yetiriblər. Təlim zamanı obyektin rəhbər və komandir – rəis heyəti təlim üzrə verilən siqnallara uyğun düzgün qərarlar qəbul edərək aidiyyatı üzrə təkliflərini obyekt rəhbərinə vaxtında təqdim ediblər. Təlim zamanı iştirakçıların qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, MM qüvvələrinin hazır vəziyyətə gətirilməsi, qüvvələrin qəza ocaqlarına göndərilməsi, ardıcıllığın müəyyən edilməsi, qəza xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi yollarının öyrədilməsi istiqamətində konkret işlər görülüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır