Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

ıq dənizdə Beynəlxalq Dəniz Konvensiyalarına uyğun praktiki təlimlər keçir

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin “Xilasedici təlim blokları”nda və Açıq dənizdə Beynəlxalq Dəniz Konvensiyaların tələblərinə uyğun praktiki təlimlər keçirilib. Praktiki təlimdə dinləyicilər sürətli və xilasedici qayıqlarda və xilasedici corabda dənizdə sağqalmaya və təhlükəsizliyə dair bilik, bacarıq və səriştəliklərini nümayiş etdiriblər. Praktiki təlim müddətində “Sürətli və Xilasedici qayıqların quruluşu, təchizatı, suya endirilmə qurğuları”, “Sürətli və Xilasedici qayıqların mühərriklərinin işə salınması və istismarı”, “Platformanı və gəmini tərk edəndən sonra insanlara rəhbərlik, qayığın idarə edilməsi”, “Xilasedici Corabda təxliyyə yolları” və digər mövzularla bağlı praktiki dərslər keçirilib. Sürətli qayıq həyəcan siqnalı aldıqdan sonra təcili olaraq şərti fəlakət yerinə yaxınlaşaraq müxtəlif üsullarla zərərçəkənləri (huşu özündə olan, huşunu itirmiş və qayıqdan uzaqda yerləşən insanları) xilas edərək təyin olunmuş məntəqəyə çatdırıb. Dinləyicilər bu təlimdə iştirak etməklə Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Dənizdə insan həyatının mühafizəsi” üzrə Beynəlxalq Konvensiyalarının (SOLAS-74) və “Dəniz neft-qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyə” adlı Qətnaməsinin tələblərini dərindən mənimsəyərək və biliklərini təkmilləşdirərək daha da peşəkarlaşırlar. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır