Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

Amerika Gəmiçilik Bürosunun Təlim-Tədris Mərkəzinə verdiyi sertifikatın müddəti növbəti üç il üçün uzadılıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun Təlim-Tədris Mərkəzində (TTM) Amerika Gəmiçilik Bürosunun (ABS) apardığı növbəti audit uğurla yekunlaşıb.

İki gün davam edən audit ABS-in Bakı ofisinin nümayəndəsi Siyavuş Teymurov tərəfindən həyata keçirilib.

Yoxlama nəticəsində Mərkəzdə təşkil olunan təlimlərin beynəlxalq idarəetmə standartlarına tam uyğun olduğu təsdiqlənib. Bunun nəticəsi olaraq, ABS tərəfindən TTM-ə verilmiş sertifikatın müddəti növbəti üç il üçün uzadılıb.

Bundan əlavə, TTM-də “Dinamik mövqe saxlama sisteminə texniki xidmət” (DPVM) üzrə keçiriləcək yeni təlim də ABS tərəfindən sertifikatlaşdırılıb.

Qeyd edək ki, ASCO-nun Təlim-Tədris Mərkəzində dənizçilərin sertifikatlaşdırılması məqsədilə təlimlərin təşkili, praktik məşğələlər və qiymətləndirmə xidmətləri göstərilir. Mərkəz müasir auditoriyalar, ən son model trenajorlar, üzgüçülük hovuzu və müxtəlif dənizçilik avadanlıqları ilə təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır