Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-18,
Seanews
Heyder Eliyev

ADDA-da diplomqabağı təcrübənin yekun qiymətləndirilməsinə başlanılıb

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) sonuncu tədris ilində təhsil alan tələbələrin diplomqabağı təcrübəsinə dair yekun qiymətləndirmə keçirilir.

Dörd ixtisas üzrə təhsil alan tələbələr qış imtahan sessiyasından sonra başladıqları istehsalat təcrübəsi dövründə yerinə yetirdikləri fəaliyyətlər barədə komissiya qarşısında hesabatla çıxış edirlər.

Qiymətləndirmə zamanı tələbələr hesabatlarına yalnız mətn deyil, həm də qrafik materiallar və zəruri hallarda müvafiq texniki hesablamalar da əlavə edirlər.

Təcrübənin ümumi qiymətləndirilməsi 100 ballıq sistem üzrə aparılır. Bunun 50 balı təcrübə müddətində göstərilən fəaliyyətə, digər 50 bal isə təqdim olunan işin tərtibatı və müdafiəsinə görə verilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır