ADDA "Tələbə Elmi Cəmiyyətlərinin II görüşü”ndə iştirak edib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşəbbüsü ilə ali və xüsusi təyinatlı ali təhsil müəssisələrinin Tələbə Elmi Cəmiyyətlərinin sədrlərinin iştirakı ilə “Tələbə Elmi Cəmiyyətlərinin II görüşü” keçirilib. Görüşdə Azərbaycan Dövlət Dəniz Akademiyasını TEC-nin sədri Laçın Babayev təmsil edib.
FHN Akademiyasının rəis müavini, polkovnik Aslan Hüseynov çıxış edərək Tələbə Elmi Cəmiyyətlərinin elmi fəaliyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirib, gənc tədqiqatçıların formalaşmasında universitetlərarası əməkdaşlığın və elmi birliyin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı Tələbə Elmi Cəmiyyətlərinin inkişaf perspektivləri, elmi əməkdaşlıq imkanları və vahid TEC İttifaqının yaradılması məsələləri müzakirə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır