Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA-da qış imtahan sessiyası keçirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

İmtahan sessiyasının birinci mərhələsi 25 yanvaradək davam edəcək. Bu mərhələdə “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisaslarında, eləcə də təkrar ali təhsil üzrə bütün akademik qruplarda oxuyan tələbələr imtahan olunacaqlar.  

26 yanvar-02 fevral tarixlərində isə qış imtahan sessiyasında üzrlü səbəbdən iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan, əlavə kəsr qruplarına daxil olan və əvvəlki tədris illərinin müvafiq semestrindən akademik borcu olub fənni təkrar dinləmədən yenidən imtahana buraxılan (25% ödənişlə) tələbələr üçün ikinci mərhələ keçiriləcək.

Elmi Şuranın qərarına əsasən, “Fəlsəfə”, “Dəniz hüququ”, “Politologiya”, “Mülki müdafiə” və “Beynəlxalq konvensiyalar” fənləri üzrə imtahanlar sistemdaxili test formasında aparılır. 

Buraxılış qrupları üçün payız semestrinin imtahan sessiyasında Yekun Dövlət Attestasiyasına (YDA) daxil edilmiş “Gəmi avtomatikasının idarəetmə aparatları”, “Gəmi avtomatlaşdırılmış elektrik intiqalı”, “Gəmi buxar qazanları, buxar və qaz turbinləri”, “Gəmi daxiliyanma mühərriklərinin konstruksiyası”, “Gəmi daxiliyanma mühərriklərinin nəzəriyyəsi”, “Gəmi energetik qurğularının texniki istismarı”, “Gəmilərin toqquşmasının qarşısının alınması”, “Gəmi sistemləri və qurğuları”, “Gəmi layihələndirilməsi”, “Gəmi təmiri texnologiyası”, “Gəmi gövdə konstruksiyası” fənləri üzrə imtahanlar yazılı-şifahi, digər fənlər üzrə imtahanlar yazılı formada keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır