Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

DND-də "İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Dəniz Nəqliyyat Donanmasında (DND) “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

DND rəisinin ümumi məsələlər üzrə müavini Etibar Tağıyev insan alverini bəşəri problem adlandırıb. O qeyd edib ki, hər il minlərlə insan istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanına çevrilir. Buna görə də ayıq-sayıq olmaqla yanaşı, hər kəs insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarına dəstək göstərməlidir.

Tədbirdə insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Sonda mövzuya dair iştirakçılara bukletlər paylanılıb. Üzən və sahil heyətinin maarifləndirilməsi məqsədilə Donanmanın inzibati binasında yerləşən “Məlumat lövhəsi”ndə də bukletlər yerləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır