Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Təlimdə nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmi də iştirak edir

Hindistan və Fransa Ərəbistan dənizində birgə hərbi dəniz təlimlərinə başlayıblar

Ordu.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Fransanın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi “Charles De Gaulle”, “Forbin” və “Provence” freqatları və Atlantik sinifli patrul təyyarəsi “Varuna” kod adlı beşgünlük təlimdə iştirak edir.

Hindistan manevrlərdə ən son “Çennai” raket esminesi, “Teg” raket freqatı, dəstək gəmisi, P-8I sualtı qayıq əleyhinə təyyarə və MiQ-29 qırıcılarından istifadə edir.

Hindistan Hərbi Dəniz Qüvvələrinin sözçüsü Vivek Madhval deyib ki, manevrlər zamanı iki ölkənin gəmiləri artilleriya atəşi, sualtı qayıqların axtarışı və digər əməliyyatlar həyata keçirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır