Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Gənclərin ideoloji maariflənməsi diqqət mərkəzindədir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA)  Səbail rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin təşkilatçılığı ilə Akademiyanın müəllim və tələbə heyəti ilə görüş keçirilib. Görüşdə Səbail rayonundan millət vəkili Nigar Arpadarai, Səbail rayon İcra hakimiyyəti  başçısının müavini Kəmalə Həşimova iştirak ediblər.

ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov qonaqları və tədbir iştirakçılarını salamlayaraq  Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olduğunu vurğulayıb. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti xalqımızın milli-mənəvi dəyərləri əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə yönəlib.

Səbail rayon İcra hakimiyyəti  başçısının müavini Kəmalə Həşimova gənclərimizin fəallığından, dəyişən dünyanın yeni çağırışları ilə ayaqlaşmağa qadirliyindən və daim yeni biliklərə yiyələnməyə böyük səy göstərmələrindən danışib. Gənclərimizi fərqləndirən üstün cəhətlərdən biri isə onların müstəqillik ideyalarına sədaqətli olmaları ilə bağlıdır. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırki və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyib, dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Milli Məclisin deputatı Nigar Arpadarai çıxışına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə başlayıb: “Bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır.” Azərbaycanın yaxın tarixinə nəzər salsaq, görərik ki, gənclər hər zaman azərbaycançılıq ideyalarına bağlı olublar və müstəqilliyimizin möhkəmlənməsinə həmişə özlərinin töhfələrini veriblər. Millət vəkili gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsinin müasir dövrün tələbi olaraq qaldığını bildirib.

Sonda qonaqlar tələbələri maraqlandıran suallara aydınlıq gətiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır