Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-01-28,
Seanews
Heyder Eliyev

Əcnəbi tələbələr “Suraxanı” gəmi-muzeyində olublar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) 2022-ci ildə qəbul olunan əcnəbi tələbələr üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil olunub.

ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında təhsil alan əcnəbi tələbələrə bələdçilər gəmi-muzeyin yaranması və burada nümayiş olunan eksponatlar haqqında geniş məlumat veriblər.

Tələbələr muzeyin ekspozisiya zalları ilə tanış olub, burada sərgilənən dənizçiliyə aid müxtəlif eksponatlara baxıblar.

Muzeydəki xüsusi interaktiv oyunlar haqqında da tələbələrə geniş məlumat təqdim edilib.

Gəmi-muzeyin “Xəzərin ruhu” zalında yerləşən 360 dərəcəlik ekran isə ADDA-nın əcnəbi tələbələrinin xüsusi marağına səbəb olub.

İlk dəfə gəmi-muzeyi ziyarət edən tələbələr ekskursiyadan zövq aldıqlarını bildirib və buradan xoş təəssüratlarla ayrılıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır