Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

"Zərifə Əliyeva" gəmi-bərəsinin ilk səfərinə həsr olunan film hazırlanıb - VİDEO

Prezident İlham Əliyevin iştirakı ilə 28 aprel 2022-ci ildə istismara verilən RoPax tipli "Zərifə Əliyeva" gəmi-bərəsinin ilk səfərindən film hazırlanıb.

"İlk səfər” adlı film gəmi-bərənin Bakı-Kurık istiqamətində həyata keçirdiyi səfər çərçivəsində çəkilib. Yaradıcı heyət dənizçiləri müşaiyət edərək onların gərgin əməyi, fədakarlığı və sular qoynunda yaşam tərzlərini təfərrüatı ilə lentə alıb.

Filmdə dənizçi peşəsi haqqında məlumat əsasən gəmiçilərin öz dillərindən izləyiciyə çatdırılır. Onlar müsahibələrində peşələrinin çətin, məsuliyyətli, maraqlı tərəflərindən, eləcə də spesifik xüsusiyyətlərindən böyük həvəslə bəhs edirlər.

Ən əsası, səfər boyu heyət üzvlərinin ən çətin işlərin öhdəsindən belə bir ailə kimi gəldikləri əyani olaraq təqdim olunub.

Bütün bunlarla yanaşı, filmdə mavi Xəzərin gözəlliyi də diqqətdən qaçmayıb.

Film sular qoynunda yorulmaq bilmədən çalışaraq Azərbaycanın iqtisadi inkişafına töhfə verən dənizçilərin sadəcə bir səfərindən bəhs etməklə, həm də insanı halal zəhmətin və əməyin təntənəsinə inandırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır