• Bakı, 2020-08-12,
Seanews
Heyder Eliyev

Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılmasından 24 il ötür - VİDEO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının yaranmasından 24 il keçir.

Azərbaycan Respublikası 1995-ci ildə Beynəlxalq Dəniz Təşkilatına üzv olduqdan sonra ümummilli lider Heydər Əliyev çox gözəl anlayırdı ki, belə bir nüfuzlu təşkilatın üzvü olan ölkədə dənizçi kadrlarını yetişdirən bir ali təhsil ocağı lazımdır. Həmin dövrə qədər Azərbaycanlı mütəxəssislərin hamısı ali təhsil almaq üçün xarici ölkələrə üz tuturdular.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə Nazirlər Kabinetinin qərarına əsasən Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Bugün ADDA gəmidə işləmək üçün tələb olunan bütün ixtisaslar üzrə tədris aparır. Akademiya Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosasiyasının üzvüdür. Onun məzunları ölkəmizin dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən aparıcı şirkət olan ASCO ilə yanaşı həmçinin nüfuzlu xarici şirkətlərdə də uğurlu iş karyeralarını qura biliblər.

Bu özəl gün münasibəti ilə bütün ADDA kollektivini təbrik edir və işlərində uğurlar arzulayırıq!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır