• Bakı, 2020-07-05,
Seanews
Heyder Eliyev

"Xəzər"in "Birinci studiya" verilişində gənc dənizçi öz bəstələdiyi mahnını ifa edib - VİDEO

ASCO-nun gənc və istedadlı əməkdaşı İbrahim Hüseynov 25 iyun "Dənizçi Günü" ərəfəsində "Xəzər" televiziyasında yayımlanan "Birinci studiya" verilişində qonaq olub. O, proqramın sonunda özünün bəstələdiyi "Mən bir dənizçiyəm" mahnısını ifa edib.

Babası və əmisi də dənizçi olan İbrahim hazırda "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda işləyir. O, uşaqlıqdan rəsm çəkməyi sevir və çəkdiyi rəsmlərin əsas mövzusu da dənizdir. İbrahimin orta musiqi təhsili də var. Arabir fortepianoda və gitarada “mahnı qanadlarında süzməyi” də bacarır. İbrahim mahnılar da bəstələyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır