• Bakı, 2020-05-25,
Seanews
Heyder Eliyev

ADDA-da distan təhsil - VİDEO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasında 2019/2020-ci ilin yaz semestrində tədris olunan bütün fənlər üzrə distant tədris aparılır.

Bununla əlaqədar ADDA-nın kafedralarında dərs deyən müəllimlər tərəfindən fənlər üzrə WhatsApp qrupları yaradılıb. Hər bir qrupa mühazirələr, məşğələ və laboratoriya dərslərinin yerinə yetirilməsinə aid metodiki göstərişlər, slaydlar, video çarxlar, sərbəst işlərin mövzuları, sillabuslar və ədəbiyyat siyahıları göndərilib.

Müəllimlər informasiya kommunikasiya texnologiyalarının bütün mümkün vasitələrindən istifadə edərək tələbələrlə müntəzəm olaraq əlaqə saxlayırlar. Xüsusi proqramları tətbiq etməklə video zənglər vasitəsi ilə görüntülü dərslər aparırlar. Bu dərslər yazılır və sonradan tələbələrin e-mail ünvanına da göndərilir.

Təqdim etdiyimiz videoda ADDA-nın “Tətbiqi mexanika” kaferdrasının baş müəllimi Gülşən Axundova “İnformatika” fənnindən növbəti mövzunu tələbələrə distant təhsil üsulu ilə izah edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır