Dünyanın ilk üzən mayeləşdirilmiş təbii qaz zavodunda yaşam haqqında film hazırlanıb - VİDEO
Dünyanın ilk üzən mayeləşdirilmiş təbii qaz zavodundakı yaşam barədə film hazırlanıb. Görüntülərdə zavodun mətbəxindən tutmuş idman salonuna qədər bütün sahələr yer alıb.
Uzunluğu 488 metr, su tutumu isə 600 min ton olan "Prelude" adlı gəmi-zavod Avstraliyanın qərbindəki Brumldan 475 km aralıda yerləşir.
Bu müəssisə təbii qazın hasilatı və mayeləşdirilməsi obyektidir. "Prelude" təbii qazı hasil etməklə yanaşı, onu mayeləşdirmək və nəql etmək üçün nəzərdə tutulub. "Prelude"nin 25 il ərzində istismarı nəzərdə tutulur.
Üzən zavod-gəmi 5-ci kateqoriyalı tsiklonlara davam gətirə bilir. "Shell" üzən gəmi-platformanın dəyərini açıqlamasa da, ekspertlər inşaatın 12,6 milyard dollara başa gəldiyini deyirlər.
Dörd futbol sahəsindən daha böyük olan gəmi-zavod dünyanın ən böyük üzən istehsal müəssisəsidir. Zavodun tikintisində 600 mühəndis çalışıb. Müəssisənin anbar çənləri 175 olimpiya hovuzu ilə eyni miqdarda su tuta bilər.