“Dənizçi”də yay istirahət mövsümü başa çatıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (ASCO) İstehsalat Xidmətləri İdarəsinin “Dənizçi” İstirahət Mərkəzində 2022-ci ilin yay istirahət mövsümü başa çatıb.
Xəzərin ləpədöyənində qərar tutan istirahət mərkəzində mövsüm ərzində ümumilikdə 2281 nəfər istifadə edib. Onlardan 880 nəfəri iki, 784 nəfəri beş, 617 nəfəri 7 günlük yollayışdan yararlanıb.
ASCO-nun işçiləri və onların ailə üzvləri yollayışlardan güzəştli şərtlərlə istifadə ediblər. Mərkəzdə altı yaşınadək uşaqların istirahəti isə tamamilə ödənişsiz olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır