Baham adalarında köpəkbalığı bir amerikalı qadına hücum edib
ABŞ vətəndaşı olan bir qadın Baham adalarında sualtı üzmə ilə məşğul olarkən köpəkbalığı ona hücum edib, nəticədə qadın həlak olub.
AZƏRTAC Baham adaları polisinin bəyanatına istinadla xəbər verir ki, Pensilvaniyadan olan 50 yaşlı qadın Rouz adası yaxınlığında hücuma məruz qalıb.
Polisin məlumatına görə, şəxsiyyəti bildirilməyən qadın ailəsi ilə birlikdə məzuniyyətdə imiş. Köpəkbalığının hücumundan sonra qadın aldığı zədələrdən yerli xəstəxanada vəfat edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır