Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Çin öz layihəsi ilə ikinci kruiz gəmisinin tikintisinə başlayıb

Avqustun 8-də Çinin “Shanghai Waigaoqiao Shipbuilding Co.” tərsanəsində ikinci kruiz gəmisinin polad lövhəsinin kəsilməsi mərasimi keçirilib.

 “Seanews.az” xəbər verir ki, Çinin öz layihəsi əsasında inşa edilən gəminin yükgötürmə qabiliyyəti 142 000 ton, uzunluğu 341 metr və ya birinci gəmidən 17,4 metr uzun, eni isə 37,2 metr olacaq.  Gəminin sərnişin tutumu da birinci laynerdən 19 nəfər çox olmaqla 2144 nəfər təşkil edəcək.  

Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin baş mühəndisi Tian Yulonqun sözlərinə görə, kruiz sənayesinin inkişafı müasir xidmət sənayesinin standartlarını yüksəldəcək və bütün dəniz iqtisadiyyatının inkişafına təkan verəcək.

İkinci layner birinci gəmini təkrar etməyəcək. Ən son beynəlxalq emissiya standartlarına cavab verməklə ikinci kruiz gəmisi gələcəkdə daha yaşıl üzən şəhərə çevriləcək və sərnişinlər üçün yüksək rahatlıq səviyyəsi ilə seçiləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır