















Dövlət Xidmətinin əməkdaşları "Suraxanı" gəmi-muzeyində olublar
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı" gəmi-muzeyinə ekskursiyası təşkil olunub.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, “Bakı bulvarı”adlı ekskursiyanın məqsədi Xidmət əməkdaşlarının və onların ailə üzvlərinin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaratmaqdır.
Əməkdaşlar tanker-muzeyindəki gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar.
DMX-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan gəzinti xoş anlarla yadda qalıb və əməkdaşlar tərəfindən maraqla qarşılanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır