Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-30,
Seanews
Heyder Eliyev

Bir qrup ASCO əməkdaşı “Donanmanın fəxri işçisi” döş nişanı ilə təltif olunub

25 iyun “Dənizçi Günü” münasibətilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin Kollegiya iclasının qərarına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bir qrup əməkdaşı “Donanmanın fəxri işçisi” döş nişanı ilə təltif olunub.

Döş nişanına ASCO-nun Rabitə və elektroradionaviqasiya şöbəsinin rəisi Musayev Vahid Dövrüş oğlu, Donanmanın texiki-istismar departamentinin rəis müavini Quliyev Elçin Yusif oğlu, Donanmanın texiki-istismar departamentinin hamiyəçi-mexaniki Meftaxetdinov Rəşid Əliyeviç, Xəzər Dəniz Neft Donanmasının Baş mühəndisi-rəis müavini İsgəndərov Mahir Novruz oğlu, Dəniz Nəqliyyatı Donanmasının “Natəvan” gəmisinin kapitanı Eldarov Tərlan Eyvaz oğlu, Xəzər Dəniz Neft Donanmasının "Vadim Seyidov" gəmisinin kapitanı Rüstəmov Ramiz Şamxal oğlu, Xəzər Dəniz Neft Donanmasının "Gültəkin Əsgərova"  gəmisinin elektrik mexaniki Abdullayev Ətraf Ziyəddin oğlu, Dəniz Nəqliyyatı Donanmasının "Dədə Qorqud" gəmisinin matrosu Qafarov Nazim Zakir oğlu, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun Bölmə rəisi Fərzəliyev Adil Məmməd oğlu, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun Takelaj sahəsinin gəmi takelajçısı İsayev Novruzbəy Məhəmmədbəy oğlu layiq görülüb.

“Donanmanın fəxri işçisi” adı ilə təltif olunan ASCO əməkdaşlarına döş nişanlarını Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov təqdim edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır