Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Dalğa” və “Xəzər” bağçalarının uşaqlarının Bakı Zooloji Parkında gəzintisi təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nəzdində fəaliyyət göstərən “Dalğa” və “Xəzər” bağçalarının uşaqlarının 25 iyun “Dənizçi gün” ərəfəsində Bakı Zooloji Parkında gəzintisi təşkil olunub.

Gəzintiyə uşaq bağçalarında tərbiyə alan uşaqlar və tərbiyəçilər də daxil olmaqla 60-dan çox iştirakçı qatılıb.   

Uşaqlar burada məskunlaşan vəhşi heyvan növləri ilə tanış olub, onların davranışlarını böyük maraqla izləyiblər. Balacalar daha sonra müxtəlif əhliləşdirilmiş heyvanlar, o cümlədən ponilər, keçilər, dovşanlar və s. ev heyvanları yerləşən kontakt zooparkının sakinləri ilə tanış olub, onlarla oynayıb, maraqlı və əyləncəli vaxt keçiriblər.

ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin təşkil etdiyi gəzintinin əsas məqsədi uşaqlarda təbiətə sevgi və qayğı hissini formalaşdırmaq, onlara canlı aləmin həyatımızdakı rolu və mühafizəsinin əhəmiyyətini çatdırmaqdan ibarət olub.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır