Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“Sun Rio” teploxodu təyinat limanına “qeyri-adi yüklə” yan alıb

“Sun Rio” teploxodu Vladivostok limanına qeyri-adi yüklə – tamamilə buzla örtülmüş təzə avtomobillərlə yan alıb.

“Seanews.az” xəbər verir ki, Rusiyaya Cənubi Koreyadan gələn “Sun Rio” quru yük gəmisi avtomobillərin boşaldılması üçün Vladivostokun mərkəzində, dəniz vağzalının yaxınlığında dayanıb.   

Uzaq səfərlər kapitanı Pyotr Osiçanskinin sözlərinə görə, gəmidəki buz qabığı güclü dalğalar və külək nəticəsində əmələ gəlib.

Buz qabığının altındakı bir çox avtomobili ayırd etmək asan olmasa da, deyilənə görə, göyərtədə “Honda Fit” və ya “Toyota Tank” modellərinin avtomobilləri də  var.

Yerli avtomobil bazarının əməkdaşları avtomobillərin qışda tez-tez bu vəziyyətdə gəldiyini təsdiqləyiblər. “Ancaq yükü boşaltmazdan əvvəl dənizçilər maşınları örtən buzları qırırlar və bu zaman əllərinə keçən hər şeydən istifadə edirlər. Buzdan təmizlənəndə, avtomobillərin zədələndiyi də olur, amma nə etməli?  Avtomobil daşınması həqiqətən çətin işdir”, - deyə onlar bildiriblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır