Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Xəzərdə gəmi qalıqları tapılıb 

Xəzərin İran ərazisində gəmi qalıqları tapılıb. 

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəis müavini Vəli Cahani məlumat yayıb.

Məlumata görə,  gəminin qalıqları əyalətin Astani Əşrəfiyyə bölgəsində, Xəzər dənizində aşkar edilib. 48 metr uzunluğu olan gəmi sahildən 300 metr aralıda tapılıb.

Cahani aşkarlanan gəmi qalıqlarının dəqiq tarixinin müəyyən edilməsi üçün laboratoriya araşdırmalarına ehtiyac olduğunu bildirib. O, bundan öncə də eyni bölgədə, Rudsər-Astara arasında daha dörd gəminin qalıqlarının tapıldığını qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır