• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Aral gölü qədim Tetis okeanının qalıqlarıdır

Tetis okeanı haqqında yəqin eşitmisiniz. Mezozoy erası dövründə mövcud olmuş, Qondvana və Lavrasiya materiklərinin arasında yerləşmişdir. Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Aral gölü bu okeanın qalıqlarıdır.

Alp dağlarının zirvələrində, o cümlədən Karpat, Qafqaz, Pamir və Himalayda dəniz orqanizmlərinin qabıqlarının tapılması nə deməkdir? Bu, o deməkdir ki, həmin ərazilər nə vaxtsa suyun altında olmuşdur.

1893-ci ildə həmin əraziləri örtən su sahəsi Tetis okeanı adlandırılmışdır. Tetis yunan ilahəsinin adıdır. Bəzən Tetis okeanı Sarmat dənizi və ya Ponti dənizi adlandırılır.

Həqiqətən də, dövrümüzün əsas dağ sistemi - Alp-Himalay kəməri qədim dənizdən yaranmışdır. Keçən əsrin sonunda Tetisin əhatə etdiyi ərazinin konturu aydın oldu: şimalda Avrasiya qitəsi ilə cənubda Afrika və Hindustan arasında uzanırmış.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır