Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Qrenlandiyadakı buzlağa ilk dəfə yağış yağıb

Qrenlandiyanın buz qalxanının ən yüksək nöqtəsində yerləşən tədqiqat stansiyasında 1950-ci ildən bəri aparılan meteoroloji müşahidələr tarixində ilk dəfə yağış qeydə alınıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın qar və buzun tədqiqatı üzrə milli məlumatlar mərkəzindən bildirilib.

Məlumata görə, avqustun 14-də Qrenlandiyanın buz qalxanının ən yüksək hissəsinə bir neçə saat yağış yağıb və doqquz saat ərzində havanın hərarəti 0 dərəcədən yuxarı olub. Dəniz səviyyəsindən 3 min 213 metr yüksəklikdə yerləşən bu coğrafi nöqtədə indiyə qədər yağış qeydə alınmamışdı və son 10 ildə cəmi iki dəfə havanın hərarəti 0 dərəcədən yuxarı qalxmışdı.

Mərkəz anomal hadisəni yüksək və alçaq təzyiq zonalarının qarşılıqlı təsiri səbəbindən adanın cənubundan gələn isti hava axını ilə izah edir. Yağış nəticəsində adanın buz örtüyünə 7 milyard ton yağıntı düşüb ki, bu da buzun əriməsinə səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır