















































“Dənizçi Günü” münasibəti ilə məktəblilərin “Suraxanı” gəmi-muzeyinə ekskursiyası təşkil olunub
“Məktəblinin dostu” layihəsi çərçivəsində “Dənizçi Günü” peşə bayramı münasibəti ilə məktəblilərin “Suraxanı” gəmi-muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiya “Məktəblinin dostu” layihəsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin birgə təşkilatçılığı ilə baş tutub.
Ekskursiyada Bakı şəhəri 270 və 281 nömrəli tam orta məktəblərin müəllim-şagird kollektivi iştirak edib. Gəzintidə məktəblilər bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.
Daha sonra ekskursiya iştirakçıları muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi izləyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır