Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Havada “uçan gəmi”?

Britaniyanın Falmut liman-şəhəri yaxınlığında “uçan gəmi” fotoqrafların obyektivinə düşüb.

“Seanews.az” xəbər verir ki, uzaqda üfüqə yaxın yerdə görünən gəmi sanki havada “üzür”.

Alimlər bu qeyri-adi kadrı fiziki hadisə ilə əlaqələndirirlər. Məlumdur ki, hər hansı uzaq obyektdən gələn işıq şüaları insanın gözünə düşənə kimi atmosferdə “sınır”. Bu sınma hadisəsinə atmosferin temperaturu və sıxlığı təsir göstərə bilir. Buna görə də görünən cisimdən olan məsafə, onun forması, ölçüləri, vəziyyəti reallıqla uzlaşmaya bilər.

Metereoloqlar isə bu ilğımın (vizual illyuziyanın) “xüsusi atmosfer şərtlərində” baş verdiyini iddia edirlər. Normalda yüksəklik çoxaldıqca havanın temperaturu aşağı düşməli olduğu halda planetimizin bəzi yerlərində bunun əksi baş verir.

Belə kadrlar Şotlandiyanın Banf, Britaniyanın Klitorps şəhərində də qeydə alınıb. Bu cür hallara Arktikada da tez-tez rast gəlmək mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır