Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Həkim-balıq: Garra-rufa

Şəklə baxıb yəqin düşünürsünüz ki, bu balıqlar nə istəyir?

Sən demə, “Garra rufa” adlı bu balıqların “həkimliyi” də varmış.

Başqa sözlə, psoriaz dəri xəstəliyinin müalicəsində onlardan geniş istifadə olunur.

Eyni zamanda müxtəlif kosmetik prosedurlarda: dərini soymaq (pilinq), dabanı sərtləşmiş qabıqdan təmizləmək işində də bu balıqların əvəzi yoxdur.

Belə ki, onlar yalnız dərinin yuxarı ölü qatını (epidermis) yeyir və canlı elastik dəriyə toxunmurlar. Balığın ağzında insan dərisinin sağalmasına və bərpasına kömək edən diatanol adlı ferment var.

Təmiz suyu sevən, çaylarda, kanallarda, süni su anbarlarında və isti bulaqlarda yaşayan bu balığa Türkiyə, Suriya, İraq, İran, Omanda... rast gəlinir. Daha çox sürətli axan çaylarda məskunlaşmağı xoşlayırlar.

Hər zaman fəal və ac olmaları dəri müalicəsində onlardan istifadəni asanlaşdırır. Cəmi 4-5 il yaşayan bu balıqların dişləri yoxdur; ölü dərini qırmaq üçün dodaqlarından istifadə edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır