Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Suda “memarlıq” nümunəsi

ABŞ-ın Kaliforniya ştatındakı Krouli gölünün sahilində spiral şəkilli daş sütunların müəllifi təbiətdir. Bəzilərinin hündürlüyü 6 metrə çatan bu qeyri-adi sütunların bir-birinə tağlarla birləşməsi onları qədim memarlıq binalarına bənzədir.

Təxminən 4 min hektar ərazidə 5000 belə daş sütunun olduğu ehtimal edilir. Onlar forma, ölçü və rəng baxımından demək olar ki,  bir-birini təkrarlamır. Bəziləri daha çox  heykəllərə, daş qalalara bənzəyir. Hər biri o qədər ideal görünür ki, onların  təbiət tərəfindən yaradıldığına inanmaq istəmirsən.

İnanmasaq da, təbiətin bu möcüzəsi məhz qarın əriməsi nəticəsində əmələ gəlib və insanlar tərəfindən yalnız 1941-ci ildə aşkar edilib. Belə ki, soyuq su 760.000 il əvvəl güclü partlayış nəticəsində yaranan isti vulkanik küldən sızaraq qayada spiral şəkilli sütunlar əmələ gətirmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır