Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Bu sualtı mehmanxanada iki günlük istirahət 500 dollara başa gəlir

İsveçin Vasteras şəhərindəki göldə fəaliyyət göstərən sualtı kiçik mehmanxana qeyri-adi istirahət həvəskarları üçün nəzərdə tutulub.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, dəbdəbəli bahalı otellərdə dincələ bilməyən sualtı macəra pərəstişkarları təhlükəsiz şəkildə kayut tipli mehmanxanaya gedə bilərlər.

Ənənəvi isveç stilində yaradılmış mehmanxana-kayut yalnız yataq otağından ibarətdir. Buraya uzunluğu 3 metr olan quyu ilə düşmək mümkündür.

Kayutda 2 günlük istirahət 500 dollara başa gəlir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır