Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Dəniz xəstəliyi və ondan xilas olmağın yolları - ARAŞDIRMA

Gəmi ilə səyahət etmək gözəldir. Amma bəzən güclü küləyin yaratdığı hündür dalğalar zamanı gəmi səyahəti bəzi insanlar üçün qorxuya çevrilir. Kapitan və onun komandası bu müvəqqəti çətinlikləri sərnişinə hiss etdirməmək üçün əlindən gələni etsə də, onlardan asılı olmayan məqamlar da olur. Bu,  insan sağlamlığına bağlı olan məsələdir. Söhbət dəniz xəstəliyindən gedir.

“Seanews.az” xəbər verir ki, dəniz xəstəliyi - gəminin (qayığın, yaxtanın) hərəkətindən yaranmış xəstəlik növüdür.

Bu, insan gözünün gördüyü ilə daxili eşitmə qabiliyyəti arasında yaranan konfliktin nəticəsində ortaya çıxır.  Başqa bir varianta görə bu xəstəlik orqanizmin xarici mühitə alışmasına cavab verən veqetativ əsəb (sinir) sistemi həssas insanlara xas olur.

Fərz edin ki, gəmi ilə saatda 18 kilometr sürətlə (10 uzel) gedirsiniz. Bu zaman gözləriniz beyinə informasiya verir ki, hərəkətdəsiniz. Daxili eşitmə qabiliyyətiniz isə öz növbəsində beyinə hərəkətsiz qaldığınızı “deyir” və bundan sonra sizin orqanizmdə konflikt yaranır.

Lakin, necə deyərlər bir dərdin min dərmanı olur. Belə halla rastlaşdığınız zaman həmişə olduğu kimi gəminin heyət üzvləri sizə yardım edəcək.

Amma özünüz də bəzi üsullarla bu narahatlıqdan müəyyən qədər qurtula bilərsiniz. Məsələn, üfiqə baxıb orda şərti nöqtəyə diqqətinizi cəlb edə bilərsiniz. Bu zaman elə zənn edin ki, gəmi ilə birlikdə məhz həmin nöqtəyə gedirsiniz. Bununla da, beyninizi bu “məqsədə” kökləyə biləcək və bayaq dediyimiz daxili eşitmənin beyinə verdiyi “hərəkətsizik” informasiyası itəcək.

Digər bir üsul isə gəmidə hər hansı ictimai faydalı işlə məşğul olmaqdır.

Bir də unutmayın ki, bu ölümcül xəstəlik deyil, sadəcə yüngül narahatlıqdır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır